Anım günümüz

Sentyabrın 27 – də Azərbaycan Respublikasında 2020 – ci il sentyabrın 27 – dən noyabrın 10 – na qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək məqsədilə məktəbdə “Anım Günümüz” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəblilərə torpağı Vətən, Vətəni bütöv edən qəhrəmanların keçdiyi şanlı döyüş yolu haqqında məktəbin tarix müəllimi Rəhilə Heydərli öz çıxışında geniş məlumat verdi. Şəhid Azər Yusifli və Şəhid Nurlan Mustafayevin ailə üzvləri qəhrəman oğulların davamçısı olaraq böyüyən şagirdlərə öz tövsiyələrini söylədilər.

Sonda tədbir iştirakçıları məktəbin həyətində ucaldılmış xatirə lövhəsinə qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi