Ümumməktəb valideyn iclası
Sentyabrın 24 – də, 26 – da məktəbin akt zalında məktəb rəhbərliyi, sinif rəhbərləri və valideynlər iştirakı ilə ayrı – ayrı siniflər üzrə öncədən təyin olunmuş vaxtlarda siniflər üzrə ümümməktəb valideyn iclasları keçirildi.
İclasda tədris ilində qarşıda duran ümumi vəzifələr, il ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında, uşaqların təlim – tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif müəllimləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin məktəbli kitabçalarının izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə hallarının qarşısını almaq məqsədilə nizam – intizamın, məktəbli formasının nəzarət altında saxlanılması kimi məsələlər valideynlərin nəzərinə çatdırıldı və müzakirələr aparıldı.
İclasda məruzə edən məktəbin direktoru Sevinc Musayeva ümumi orta təhsil kursu üzrə keçiriləcək buraxılış imtahanlarından, IX sinif şagirdləri ilə aparılmış diaqnostik yazının nəticələrindən və qarşıda duran məsələlərdən danışdı. Eyni zamanda IX sinif şagirdləri üçün imtahan fənlərindən məktəbdə yaradılacaq məşğələlər haqqında valideynlərə məlumat verildi.
İclasın sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı.