Dəyirmi masa keçirildi
15 noyabr 2016 - cı il tarixində Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından, fəaliyyətindən bəhs olundu. Parisdə yaşayarkən daima Azərbaycanın azadlığı uğrunda apardığı mübarizə şagirdlərin məruzəsində və videolarda öz əksini tapmışdır. Sonda nümayiş etdirilən sənədli filmdə Ceyhun Hacıbəylinin son vəsiyyətinin, ən yüksək amalının Vətəni Azərbaycanın müstəqilliyi olması dəyirmi masa iştirakçılarının nəzərinə xüsusi olaraq çatdırılmışdır.