Əlvida,  məktəb!

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür.

Bü gün onbirincilər məktəbin həyətində böyük fərəh və sevinclə məzun gününü qeyd edirdilər.  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva müstəqil həyata qədəm qoyan 98 məzunu təbrik etdi,  onlara müstəqil Azərbaycan adını daim zirvələrə yüksəltməyi arzuladı.  Eyni zamanda 2021 – 2022 – ci tədris ilində məktəbin əldə etdiyi uğur və nailiyyətləri hər kəsin diqqətinə çatdırdı, fəqlənən müəllim və şagirdlərə diplom və hədiyyələr təqdim etdi.  Məzunlar isə öz növbəsində hazırladıqları kompozisiyalar, şeirlər, rəqslər və musiqi nömrələri ilə çıxış etdilər.

Tədbirdə iştirak edən Binəqədi Rayon Bələdiyyəsinin sədr müavini Qüdrəddin Verdixanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi, Psixoloji – Tibbi – Komissiyasının sədri Elşad Səfixanov cıxış edərək tədbiri yüksək səviyyədə hazırlayan pedaqoji kollektivə təşəkkür edərək məzunlara gələcək işlərində uğurlar arzuladılar.

Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi