STEAM – lə Zəfər yolu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq iyunun 8 – də məktəbin informatika müəllimi Sahilə Muradovanın təşkilatçılığı ilə STEAM layihəsi çərçivəsində “STEAM – lə Zəfər yolu” adlı hesabat tədbiri keçirilmişdir.
Tədbirdə 6 – cılar hazırladıqları bir – birindən maraqlı layihələri təqdim etdilər. “Ağıılı qaraj”, “Radioxəbərləşmə”, “Addımölçən”, “Maneələrdən qaçan robot”, “Elektrik keçiriciliyi” kimi layihələr, şagirdlərin hazırladıqları məlumatlar, musiqi alətlərində canlı ifaları, 4 – cülərin təqdim etdikləri “Xarıbülbül əfsanəsi” adlı səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Şagirdlər 3D printer vasitəsilə hazırladıqları “Şuşa qalası”, və digər maketlərdən ibarət guşəni böyük həvəs və qürur hissi ilə təqdim etdilər. Eyni zamanda əyani şəkildə 3D printerdə Zəfər simvolu olan Xarıbülbülün çap prosesini nümayiş etdirdilər.
Tədbir “Bir millət iki dövlət” mahnısının sədaları altında QDEE robotlarının hərəkət etdirilərək Azərbaycan və Türkiyə bayraqlarının səhnəyə gətirilməsi ilə alqış sədaları altında başa çatdı.
Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva iştirakçılara təşəkkürünü bildirdi, onlara diplomlar təqdim etdi.