“Gənc ekoloqçular” dərnəyində
6 nömrəli Uşaq – Gənclər İnkişaf mərkəzinin müəllimi, məktəbin “Gənc ekoloqçular” dərnəyinin rəhbəri Lamiyə Musayevanın təşkilatçılığı ilə növbəti dərs açıq havada, təbiət qoynunda keçirilmişdir. Dərnək üzvləri mövzuya müvafiq olaraq “Sağlam həyat tərzi”ni xarakterizə edən amillər haqqqında məlumat verdilər.
Açıq havada keçirilən oyunlar, yerinə yetirilən idman hərəkətləri dərnək üzvləri tərəfindən həvəs və maraqla yerinə yetirildi.