Zəfər tacımız Şuşa

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə  hazırlanmış  Tədbirlər Planına müvafiq olaraq mayın 13 – də məktəbin kimya  müəllimi Vüsalə Səfərlinin 10c sinfində “Karbohidrogenlərin təbii mənbələri haqqında məlumat” mövzusunda dərsi dinlənildi.

Karbohidrogenlərin təbii mənbələri və onların insanların həyatında əhəmiyyətini təqdimatlarında əks etdirən şagirdlər təbii qaz, neftlə birlikdə çıxan qazlar, daş kömür və neft haqqında ətraflı məlumatlar verdilər. Bakı nefti ilə yanaşı Naftalan neftinin də müalicəvi əhəmiyyəti qeyd olundu. Vətənimizin təbii ehtiyatları, təbii sərvətləri ilə yanaşı füsunkar təbiəti ilə dillər əzbəri olan Qarabağda 163 müxtəlif növ faydalı qazıntı yatağı olduğu bildirildi.

Fənn müəllimi Vüsalə Səfərli Azərbaycanın mədəniyyət paytaxtı, incisi, Zəfər tacımız “Şuşa ili” elan olunan  2022 – ci  il işğaldan azad olunan torpaqların yenidənqurulması, bərpası və dirçəliş ili olması istiqamətində dövlət tərəfindən görülən işləri hər kəsin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi