“STEAM”lə Şuşaya gedirik!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 16 – da STEAM layihəsi çərçivəsində Yeganə Məmmədovanın 6 – cı sinif şagirdləri ilə “STEAMlə Şuşaya gedirik!” adlı dərsi dinlənildi.
Şagirdlərin “Make code” proqramı vasitəsilə proqramlaşdırdıqları “Xətt izləyən robot”, “Maneədən qaçan robot”, “Kəşfiyyatçı robot”, “Radoixəbərləşmə” iştirakçıların böyük marağına səbəb oldu. Şagirdlər həmin robotların işini praktik şəkildə böyük həvəslə təqdim etdilər. Belə robotların hazırlanmasında məqsəd – “Xətt izləyən robot” – təyin edilmiş yoldan kənara çıxmamaq, “Maneədən qaçan robot” – maneələrlə rastlaşdıqda hərəkətini dayandırmaq, “Radioxəbərləşmə” – robotlardan biri maneəyə yaxınlaşdıqda digərlərinə maneə haqqında siqnal ötürməkdən ibarətdir.