"İstiqlalımın Əbədiyyət Sancağı" adlı tədbir keçirildi

08.11.2016-cı il tarixində 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə "İstiqlalımın Əbədiyyət Sancağı" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri "Dədə Qorqud" dövründən başlayaraq "Lələtəpə qələbəsi"nə qədər olan dövrdə bayrağın, vətənin, torpağın müqəddəsliyi, qorunması, daim zirvələrə qaldırılması səhnələrini təqdim etdilər. Ramil Səfərovun bayrağa olan yüksək məhəbbətini göstərdikləri səhnəcikdə məharətlə nümayiş etdirdilər.Tədbirin sonunda yuxarı sinif şagirdlərinin iştirakı ilə üçrəngli bayrağımız təntənəli şəkildə səhnəyə gətirildi. Onlar Azərbaycan torpaqlarını qoruyacaqlarına, bayrağımızı Qarabağda dalğalandıracaqlarına and içdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi