Qarabağın incisi – Şuşa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə təyin hazırlanmış Tədbirlər Planına müvafiq olaraq aprelin 28 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfurə Mahmudovanın 7ç sinfi ilə birgə təqdim etdiyi “Qarabağın incisi – Şuşa” adlı açıq dərsində Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitində əvəzsiz rol oynadığı xüsusi vurğulandı. Şagirdlər Şuşa şəhərinin tarixi, bu günü haqqında geniş məlumat verdi, şeirlər söylədi. “Şuşanın dağları” musiqisini sazın ifasında səsləndirdilər. Səməd Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın görüş səhnəsi məharətlə nümayiş olundu. Bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi, Azərbaycan dövlətinin qalib dövlət kimi yaşayacağı hamının diqqətinə çatdırıldı.