Bacarıqlı əllər dərnəyində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə təyin hazırlanmış Tədbirlər Planına müvafiq olaraq “Bacarıqlı əllər” dərnəyində şagirdlər hazırladıqları əl işlərini nümayiş etdirdilər.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin asudə vatlarının səmərəli və mənalı təşkilini təmin etmək, uşaqların bədii – estetik səviyyəsini yüksəltmək, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq idi.
Dərnək rəhbəri Gülşən Bağırovanın təşkilatçılığı ilə keçirilən müsabiqədə şagirdlər Şuşanın simvolu olan xarıbülbülü muncuqla iş formasında kağız üzərində yapışdırma üsulu ilə işlədilər. Şagirdlır işlərini yekunlaşdırdıqdan sonra dərnək rəhbəri tərəfindən əl işləri fərqlənən şagirdlər dəyərləndirildi.
Dərnək şagirdlərin vətənpərvərlik ruhunda söylədikləri şeirlərlə yekunlaşdı.