Oxu günü – “Ən yaxşı təqdimat”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F – 147 nömrəli əmrinə əsasən 25.04.2022 – ci il tarixində məktəbdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və kitab təbliği istiqamətində oxu günü ilə bağlı "ən yaxşi təqdimat" adı altında tədbir keçirildi. Tədbiri məktəbin direktoru və kitabxana müdiri açaraq iştirakçılara Oxu günü ilə bağlı məlumat və kitabın insan həyatında rolunun nə qədər önəmli yerdə olduğunu çatdırdılar. Məktəbin 1ç sinif şagirdləri kitab haqqında bir – birindən gözəl şeirlər, aforizmlər söylədilər. Kitabxananın ən fəal oxucuları oxuduğu əsərlərin əsasında aparılan mütaliənin müzakirəsi, tədbir iştirakçılarının marağına səbəb oldu. Bu tədbir şagirdlərin bədii əsərlərin mütaliəsinə marağını gücləndirdi və onlarin dünyagörüşünün formalaşmasına çox müsbət təsir göstərdi.
Sonda fəal oxucular "ən yaxşı təqdimatın" hazırlanmasına görə fəxri fərmanla təltif edildilər.