Yazı müsabiqəsinin nəticəsi

21.10.2016- cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr-"Dövlət Müstəqilliyi günü"nün 25-ci ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda yazı müsabiqəsi qaliblərinin və fərqlənən şagirdlərin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində məktəbin 9c sinif şagirdi Səmədli Ümid Əfqan oğlu Fəxri Fərmanla təltif olunmuşdur. Eyni zamanda Səmədli Ümid Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət tərəfindən həyata keçirilən "Gənlərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili" layihəsi çərçivəsində keçirilən tədbirdə fəal iştirakına görə Diploma layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi