Şahmat turniri – II yer

“2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə Şahmat turniri keçirilmişdir.

“Gənclər həftəsi” çərçivəsində yanvarın 27 – də  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclər arasında Şahmat turniri keçirilmişdir.

Şahmat turnirində məktəbin “Şuşa” komandası II yeri tutmuşdur.

Turnirin mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məmmədov Elnur Məmməd oğlu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc xanım Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Zeynal Rəşidli və Arximed Təlim və Tədris Kompleksinin rəhbəri Fəridə Babayeva iştirak etmişdir.

Sonda qalib gələn komandalar müvafiq dərəcəli diplomlarla mükafatlandırılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi