“Azadlıq aşiqləri günü – 20 Yanvar”

BŞTİ-nin "20 Yanvar" faciəsinin otuz ikinci ildönümü ilə baglı F-07 nömrəli əmrinin icrası məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər planına müvafiq olaraq  yanvarın 19 – da ayrı – ayrı siniflər üzrə dərslər “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olundu.

Dərslər Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi.  Fənn müəllimləri 20 Yanvar faciəsinin Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsinin ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu şagirdlərin nəzərinə çatdırdılar. 32 ildir  Azərbaycan xalqının bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad etdiklərini vurğuladılar.

Şagirdlər söylədikləri şeirlərdə, təqdim etdikləri səhnəciklərdə, çəkdikləri rəsmlərdə Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaqlarını, Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də  xalqımızın əbədi ziyarətgahı olacağını qeyd etdilər.

Dərslərdə iştirak edən məktəb rəhbərliyi illər ötsə də,  nəsillər dəyişsə də, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacağını, onlar heç vaxt unudulmayacaqlarını şagirdlərin diqqətinə çatdırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi