Türkün tökülən qanları bihudə gedərmi...

BŞTİ-nin "20 Yanvar" faciəsinin otuz ikinci ildönümü ilə baglı F-07 nömrəli əmrinin icrası məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər planına müvafiq olaraq  yanvarın 18 – də məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Dilarə Daşdəmirova, Afaq Məmmədova və Mənsurə Alışovanın birgə təşkilaçılığı ilə "Türkün tökülən qanları bihudə gedərmi..." adlı tədbir keçirilmişdir.

Tədbirdə şagirdlər 1990-cı ilin 20 Yanvarında baş vermiş o dəhşətli hadisələri bir daha anmış, Şəhidlərə həsr olunmuş şeirlər söyləmiş, həmin gecəki hadisələri əks etdirən səhnəcik təqdim etmişlər. Müəllimlər öz şagirləri ilə tədbirin planına uyğun olaraq 16 yanvar tarixində "Şəhidlər xiyabanı"nı ziyarət etmiş və bunula bağlı videoçarx hazırlamışlar.

  Tədbirin sonunda məktəbin direktoru Sevinc Musayeva çıxış edərək 20 Yanvar hadisələrinin canlı şahidi kimi fikirlərini bildirmiş, tədbiri ərsiyəyə gətirən müəllim və şagirdlərə öz təşəkkürünü çatdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi