Azadlığa gedən yol
BŞTİ-nin "20 Yanvar" faciəsinin otuz ikinci ildönümü ilə baglı F-07 nömrəli əmrinin icrası məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər planının icrasına start verilmişdir.
Tədbirlər planında nəzərdə tutulmuş ardıcıllığa müvafiq olaraq yanvarın 18 – də məktəbin yuxarı sinif şagirdləri arasında “Azadlığa gedən yol” adlı inşa yazı müsabiqəsi keçirilmişdir.
İlk öncə 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verildi, faciənin Azərbaycan tarixində müstəqilliyimizin bərpasının başlanğıc nöqtəsi, qəhrəmanlıq səlnaməsi olduğu iştirakçıların diqqətinə çatdırıldı. Şagirdlər onlara ayrılan zaman müddətində inşaları tamamlayaraq təhvil verdilər.
İnşa yazı müsabiqəsində fərqlənən şagirdlər diplomla mükafatlandırıldılar.