Fənn aylıqları

Məktəbin fəaliyyət planına əsasən yanvar ayında Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, oxuma anlama bacarıqlarının izlənilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Aylıq çərçivəsində IV sinif şagirdlərinin oxuma – anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədilə yanvarın 14 – də  mətn üzərində iş aparıldı. Şagirdlər mətn ətrafında müzakirələr apardılar, sonda verilmiş açıq tipli sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi