Həmrəylik qələbəmizdir!

Dekabrın 28 – də “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş  “Həmrəylik qələbəmizdir!” adlı tədbir keçirildi. Tədbir məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin ziyarəti ilə başlandı.  Qalibiyyəti bizə yaşadan Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudovanın həmrəylik gününün tarixi və əhəmiyyəti, Ulu öndər Heydər Əliyevin uğurlu və uzaqgörən siyasəti, bu yolu layiqli davam etdirən Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı haqqında məruzəsi dinlənildi.

Tədbirdə çıxış edən məktəbin direktoru Sevinc Musayeva iştirakçıları “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik etdi, məktəbin Fəaliyyət Planına əsasən keçirilmiş tədbirlərdə fəal iştirak etmiş müəllim, şagird və texniki işçilər fəxri fərman və təşəkkürnamələrlə təltif olundu.  

Bədii hissədə şagirdlərin rəqsi, milli musiqi alətlərində ifası, səsləndirdikləri şeirlər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi