“Yollarda təhlükəsiz davranış öyrənək” adlı intellektual yarış

Dekabrın 23 – də Heydər Əliyev Mərkəzində “Yollarda təhlükəsiz davranışı öyrənək” devizi altında Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilmişdir. İntellektual yarışın keçirilməsində məqsəd yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları  barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığın təmin edilməsi olmuşdur.

Məktəbin 7c sinif şagirdlərindən təşkil olunmuş komandası yarışdan öncə maarifləndirici təlimlərdə iştirak etmişdilər.  Məktəbin komandası yarışda fəal iştirak edərək 55 məktəb arasında dördüncü pillədə qərarlaşmışlar.

Məktəbin komandasına təhsil uğurları arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi