“Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışması

Məktbin Fəaliyyət planının 1.3.16 – cı bəndinə müvafiq olaraq Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlərin yekunu olaraq dekabrın 10 – da məktəbin IX, X, XI sinif şagirdləri arasında “Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışı keçirildi. Bilik yarışması Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Məktəbin tarix müəllimi Saday Qasımov Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırdı.  Daha sonra bilik yarışmasına start verildi. Yarışmada “Zəfər”, “Ümid Körpüsü” və “Xarıbülbül” koandalarına  təqdim olunan suallar Dahi liderin hakimiyyətdə oldugu dövrü və onun siyasi fəaliyyətini  əhatə edirdi.

Məktəbin direktoru Sevinc Musayeva çıxış edərək bu yarışmanın bütün həyatını xalqına, onun rifahına, çiçəklənməsi və dünya dövlətləri arasında nüfuzlu yer tutmasına həsr etmiş dahi və əvəzolunmaz şəxsiyyət, qüdrətli siyasi xadim, Ümumilli lider Heydər Əliyevin anım gününə həsr edilməsinin çox təqdirəlayiq hal olduğunu qeyd etdilər.

Sonda yer tutan komandalar diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi