“50 il Azərbaycan uğrunda” adlı dəyirmi masa

Məktbin Fəaliyyət planının 1.3.16 – cı bəndinə müvafiq olaraq Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlərin davamı olaraq dekabrın 10- da məktəbin tarix üəllimi Aynur Fərəcovanın təşkilatçılığı ilə  6a sinfində “50 il Azərbaycan uğrunda” adlı dəyirmi masa keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ümummilli liderin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Fənn müəllimi Aynur Fərəcova çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Ulu Öndərin Vətəninə, xalqına, Azərbaycan dövlətinə olan sonsuz məhəbbətindən söz açdı. O, Ümummilli Liderin xalqımızın taleyində müstəsna yeri olan dahi bir şəxsiyyət olduğunu dəyirmi masa iştirakılarının diqqətinə çatdırdı.

Daha sonra şagirdlər Ümummilli liderin anım gününə həsr olunmuş şeirlər söylədilər, təqdimatlar və videoçarxlar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi