“Çempionumuz” sosial idman layihəsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz" sosial idman layihəsi çərçivəsində dekabrın 9 – da  məktəbdə Azərbaycan “MMA” idman növü üzrə 2 qat Dünya Çempionu Cəlal Cəlallının məktəblilər ilə görüşü keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva, Azərbaycan “MMA” idman növü üzrə 2 qat Dünya Çempionu Cəlal Cəlallı və gənclər iştirak etmişdir.

İlk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra idarənin baş məsləhətçisi Elvin Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbirlə bağlı məlumat verdi və idmançımızın ümumi idman nailiyyətlərindən söz açdı. Daha sonra söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva verildi. O, tədbir iştirakçılarını salamladıqdan sonra, tədbirin təşkil olunmasına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə xüsusi təşəkkürünü bildirdi. Çıxışa idmançımız davam edərək qazandığı nailiyyətlər barəsində gənclərə məlumat verdi.

Tədbir idmançımızın gəncləri marağlandıran suallarını cavablandırması ilə davam etdi.

Yekunda idmançımızla məktəbdə təşkil olunmuş guşədə məktəblilər və pedoqoji heyətin xatirə şəkilləri çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi