Sənətin kamilliyi

Dekabrın 2- də məktəbdə Azərbaycan Respublikasının Prezidentinin 18 fevral 2021 – ci il qərarını rəhbər tutaraq, aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Sənətin kamilliyi” adlı dəyirmi masa keçirildi. Tədbirin təşkilatçısı məktəbin dil - ədəbiyyat müəllimi Cəbiyeva Ruhəngiz 9 və 10 – cu sinif şagirdləri ilə birgə Aşıq Ələsgərin həyat və yaradıcılığını araşdırmış, müxtəlif mənbələrdən alınmış bilgilərə əsasənel sənətkarı haqqında ətraflı məlumat vermişlər. Eyni zamanda el sənətkarı haqqında hazırlanmış təqdimat onun şagirdlərindən Zodlu Ağayarın videolent yazısı, eləcə də aşığın sözlərinə bəstələnmiş mahnılar böyük marağa səbəb olmuşdur.

Təqdim olunan “Aşıq Ələsgərin Qarabağ səfəri” adlı səhnəcikdə Aşıq Ələsgər ruhunun Azad Qarabağ torpağını gəzdiyi, 21 – ci əsrin igid, mərd əsgərləri ilə fəxr etdiyi, ruhunun şad olduğu vurğulandı.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc Musayeva Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanmış dəyirmi masanın təqdirə layiq olduğunu vurğulamış, təşkilatçılara təşəkkürünü bildirmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi