“1 dekabr Ümumdünya QİÇS – lə mübarizə günü”dür
Dekabrın 1 – da “1 dekabr Ümumdünya QİÇS – lə mübarizə günü” mövzusunda məktəbdə rəhbərliyin, müəllimlərin, məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın, 8a sinif şagirlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Şagirdlər Ümumdünya QİÇS-lə mübarizə gününün yaranma tarixi, xəstəlikdən qorunmanın mümkün yolları, xəstəliyin ağır fəsadları haqqında geniş məlumatlar verdilər. İştirakçıların hazırladıqları təqdimatlarda, divar qəzetlərində, nümayiş olunan videoçarxlarda xəstəliyin profilaktikası, son illərdə statistik göstəriciləri əks etdirildi. Fənn müəllimi Nəzakət Məmmədli xəstəliyin xüsusilə yeniyetmələr arasında daha çox yayıldığı dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan QİÇS – in insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd etdi.