Uşaqlarının V Ümumrespublika Forumu keçirilib
4 il fasilədən sonra bu il noyabrın 18-də keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika forumu əvvəlkilərdən fərqli olaraq Zəfər sevinci,qürur və fərəh dolu hisslərlə baş tutdu. Forum Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə əməkdaşlığı çərçivəsində keçirildi.
Uşaqların foruma hazırlığı məqsədilə 30 avqust 2021-ci il tarixində "Lider olmaq istəyirəm" adlı yay məktəbi keçirilmişdi. Foruma hazırlıq mərhələsində keçirilən bu tədbirin uşaqların Forum zamanı təkliflər səsləndirməsi, diskussiya aparması, müraciət hazırlaması baxımından mühüm rol oynadı. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən seçimlərdə fəallığı və istedadı ilə seçilən uşaqlar iştirak edib.Seçim turları oktyabrın 16-da yekunlaşıb və 300 uşaq Forumda iştirak hüququ qazanıb və mən - Qasımova Ayla onlardan biriyəm.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra forumun seçim mərhələlərini, hazırlıq prosesində həyata keçirilən tədbirləri əks etdirən video-çarx nümayiş etdirildi. Tədbirin davamında Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktubu oxuyub.Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış etdi.Ardınca "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyevaya söz verildi.Sonra Ailə , Qadın və Uşaq üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova , Səhiyyə nazirinin müavini Rahim Əliyev, Təhsil Naziri Emin Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, İnsan hüquqları üzrə Dövlət müvəkkili (Ombudsman) Səbinə Əliyeva , Gənclər və idman nazirinin müavini İntiqam Babayev , Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov uşaqların müxtəlif mövzularda olan suallarını cavablandırdı.Daha sonra Türkiyə Cümhuriyyətində keçirilən 22-ci Ulusal Çocuk Formu iştirakçıları ilə Virtual körpü yaradılmaqla uşaqlar ürək sözlərini və təbriklərini qardaş ölkənin uşaqlarına çatdırıb.
İkinci hissədə: "Uşaq hüquqları: inkişaf üçün birləşək", "Təhsildə yeni standartlar: çağırışlar bərabər imkanlar", "Uşaqların internet təhlükəsizliyi", "Sağlamlığın qorunması, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, " Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi" , "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti" , "Vətəni sevək ona layiq olaq" adlı 7 müxtəlif mövzu üzrə ayrılan qruplarda ekspertlərin təlimindən sonra hər qrup öz mövzusu üzrə müzakirələr apardı və təqdimatlar hazırladı. Daha sonra V forumun Bəyannaməsinin mətni oxundu. Sonda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət səsləndi. Beləlikə forum başa çatdı.
Binəqədi Rayon İcra Hakimiyyətinə və məktəb rəhbərliyinə təşəkkürümü bildirirəm.