Dirçəlişdən Zəfərə doğru
Noyabrın 17-də məktəbin tarix müəllimi Tağıyeva Şəfiqənin təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş gününə həsr olunmuş "Dirçəlişdən Zəfərə doğru" adlı dəyirmi masa keçirildi. Məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin xatirəsinə qoyulmuş abidə lövhə tədbir iştirakçıları tərəfindən ziyarət olundu. Dövlət himninin səsləndirilməsi ilə tədbir başlanıldı. Təşkilatçı Tağıyeva Şəfiqə çıxışında bildirdi ki, milli dirçəliş meyillərinin mənəvi əsasları hələ ötən əsrin 60-cı illərin sonlarında ulu öndər Heydər Əliyevin dövründə başlamış, o böyük lider xalqımızın istiqlal ruhunu sönməyə qoymamışdı. Məhz bu gün xalqımız Milli Dirçəliş gününü ulu öndərin layiqli siyasi davamçısı Prezident Ali Baş Komandan və rəhbərlik etdiyi qüdrətli. müzəffər Azərbaycan ordusu sayəsində iftixarla, möhtəşəm qələbə ilə qeyd edir.Sonra şağirdlər qələbəyə həsr olunmuş şerlər səsləndirdilər, təqdimatlarında bu il Milli Dirçəliş gününün daha böyük çoşğu ilə qeyd olunduğunu bildirdilər.
Sonda şağirdlər dövlət, xalq, ordu birliyinin bir yumruq kimi birləşərək parlaq Zəfər tarixini yazdığını tədbir iştirakçılarına çatdırdılar.