12 Noyabr – Konstitusiya Günüdür
Noyabrın 12 – də məktəbin tarix müəllimi Əfsanə Abdıyevanın təşkilatçılığı ilə “12 Noyabr – Konstitusiya Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbir, iştirakçıların məktəbin həyətində vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsinin ziyarət olunması ilə başladı.
Dövlət himninin səsləndirilməsindən sonra tədbirin təşkilatçısı Əfsanə Abdıyeva çıxışında konstitusiyanın qəbulunu müstəqillik tariximizin ən mühim hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərdən biri olduğu haqda verdiyi ətraflı məlumatla davam etdirildi.
Şagirdlər öz təqdimatlarında konstitusiya gününün bu il daha fərqli, əhval ruhiyyədə qeyd olunduğunu, müzəffər Azərbaycan ordusunun döyüş meydanında tarix yazaraq, öz ərazi bütövlüyünü bərpa etməsi, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyulduğunu tədbir iştirakçılarına çatdırdılar.
Sonda məktəb rəhbərliyi çıxış edərək gələcək nəslin öz hüququ və vəzifələrini dərindən dərk etməyi, Vətən qarşısında olan borclarını ləyaqətlə yerinə yetirməyi tövsiyə etdi.