Əbədiyyət sancağı – Azərbaycan bayrağı!

Azərbaycan Respublikası Bayraq Günü ilə bağlı "Əbədiyyət sancağı – Azərbaycan bayrağı !" adlı dəyirmi masa keçirildi.
Tədbir 6 - cı sinif şagirdi Ayla Zeynalzadənin skripka ifasında səsləndirdiyi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Şagirdlər vətənpərvərlik və bayraq mövzusunda bir-birindən mənalı şeirləri ilə çıxış etdilər. Bayrağımızın tarixini və bu gününü anladan dərin məzmunlu məlumatları bölüşdülər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abbasovanın ifasında Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeirini dinlədilər. Daha sonra Elnarə müəllimə 100 ilə yaxın müddətdə üçrəngli bayrağımızın insanlar üçün müqəddəs ideal rəmzinə çevrilməsi, sevilməsi, hüsnünə şeirlər yazılması, mahnılar bəstələnməsi , nəhayət ,ölkə başçısı cənab İlham Əliyevin və müzəffər ordumuzun şücaəti nəticəsində bu şanlı bayrağın Şuşada dalğalanması haqqında fikirlərini bölüşdü.
Dəyirmi masa "Koroğlu" uvertürası sədaları altında sona yetirildi.