Odlar diyarının Zəfər Bayrağı

Noyabrın 5 – də məktəb rəhbərliyinin, rus bölməsi üzrə ibtidai sinif müəllimi İlhamə Şirəliyevanın və 4d sinif şagirdlərinin birgə təşkilatçılığı ilə   “8 Noyabr Zəfər Günü”nə və “9 Noyabr Bayraq Günü”nə həsr olunmuş  “Odlar diyarının Zəfər Bayrağı” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbir Dövlət Bayrağının  “Koroğlu” uvertürasının sədaları altında gətirilməsi ilə davam etdirildi.  İlk öncə şagirdlər 44 günlük II Qarabağ müharibəsi, xalqımızın tarixi qələbəsi haqqında məlumatları böyük iftixar hissi ilə tamaşaçıların diqqətinə çatdırdılar.

Döyüşlər görmüş ordumuzun şanı olan bayrağımızın II Qarabağ döyüşlərində əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunduğunu, qürur mənbəyimizin işğaldan azad olan torpaqlarımızda qəhrəman Azərbaycan oğulları tərəfindən sancıldığını əks etdirən videoçarxları izlədilər. Şagirdlər təqdim etdikləri səhnəciklərdə, kompozisiyalarda bayrağımızın şanını-şərəfini dünən uca tutmuş, bugün o şanı ucaldan, sabah daha yüksəklərdə dalğalandıracaq hərə kəsi alqışladılar.  

Sonda çıxış edən məktəb rəhbərliyi bu bayrağın dalğalanması, sancılması  üçün nə qədər qanlar töküldüyünü bir daha vurğuladı və qürur mənbəyimizi  hər zaman uca tutmağa hər bir azərbaycanlının borclu olduğunu söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi