Zəfər Azərbaycanındır

Noyabrın 5 – də məktəbin ayrı – ayrı siniflərində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş dərslər keçirildi. Azərbaycan Respublikasının  Dövlət Himninin səslənməsi ilə başlanan dərslərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Dərslərdə 44 günlük II Qarabağ müharibəsindən, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin  “Dəmir yumruq” əməliyyatının detalları haqqında səsləndirdiyi fikirlər, Azərbaycan ordusunun şücaəti, düşmən üzərindəki qətiyyətli qələbəsi xüsusilə vurğulandı.

Şagirdlər hazırladıqları kompozisiyaları, şeirləri, rəqsləri, videoçarxları, səhnəcikləri  təqdim etdilər.

Sonda şagirdlər “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Zəfər Azərbaycanındır!” şüarlarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi