Zəfər çalan Azərbaycan

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü  ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə”  07.09.2021 – ci il tarixli F – 429 nömrəli icrasını təmin etmək məqsədilə məktəbdə “Zəfər çalan Azərbaycan” ümumməktəb tədbiri keçirildi.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Sevinc Rəsulova, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, mətbuat nümayəndələri iştirak etdilər. Tədbir məktəbin həyətində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş xatirə lövhəsinin açılışı ilə başlandı. İştirakçılar şəhidlərin adı verilmiş sinif otaqlarını ziyarət etdilər.

Məktəbin akt zalında şəhidlərin əziz xatirəsinə həsr olunmuş ədəbi – bədii kompozisiya, onların döyüş rolunu əks etdirən videoçarxlar nümayiş etdirildi, şeir və musiqilər səsləndirildi.

Vətən müharibəsi Qəhrəmanı Azər Yusiflinin, XTQ kapitanı Nurlan Mustafayevin, polkovnik - leytenant Ruslan Tağıyevin, polkovnik - leytenant Rəşad Quliyevin, əsgər Rəşad Ağayevin ailə üzvləri çıxış edərək, göstərilən qayğı və diqqətə görə ölkə başçısına, Binəqədi rayon İcra Hakimiyyətinə, məktəbin pedaqoji heyətinə  minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi