Zəfərə aparan yol
Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq “Zəfər Günü”nün 1 illiyinə həsr olunmuş tədbirlər davam edir. Noyabrın 2 – də MİQ – dən keçərək məktəbə təyinat alan tarix müəllimi Fəridə Ağayevanın təşkilatçılığı ilə məktəbin rus bölməsinin 5,6 və 7 – ci siniflərində 44 günlük II Qarabağ müharibəsinin qələbəsinin ildönümünə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirildi.
Dövlət himninin səslənməsindən sonra fənn müəllimi “8 Noyabr Zəfər Günü” haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonra şagirdlər hazırladıqları esseləri, topladıqları informasiyaları, hazırladıqları təqdimatları nümayiş etdilər.
Məktəb rəhbərliyi öz çıxışında şagirdlərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərini əsasında tərbiyə olunmalarının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir “Yaşa, yaşa Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdı.