VIII - IX siniflər üzrə diaqnostik qiymətləndirmə

2020 – 2021 – ci tədris ilində ayrı – ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aşkarlanması məqsədilə oktyabrın 25 – dən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilmiş testlər əsasında məktəbdə diaqnostik qiymətləndirməyə start verildi.

Oktyabrın 27 – də  Azərbaycan və rus bölmələrinin VIII– IX siniflərində diaqnostik qiymətləndirmə aparıldı. Şagirdlər diaqnostik qiymətləndirmədə  Azərbaycan dili, xarici dil və riyaziyyat fənlərindən  təqdim olunan sual kitabçalarını ayrılmış vaxt ərzində cavablandırdılar. Azərbaycan dili və xarici dildən (ingilis dili) dinləmə mətnlərinə qulaq asdıqdan sonra müvafiq tapşırıqları icra etdilər.

Diaqnostik qiymətləndirmənin 29 oktyabr tarixinədək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi