Qələbəyə gedən yollar- Qubadlının azad olunması

Oktyabrın 25 – də məktəbdə Qubadlı rayonunun işğaldan azad olunmasının bir illiyinə həsr olunmuş dəyirmi masa kecirildi.Tədbirdə 5 f sinif şagirdləri və müəllimlər iştirak etdilər . Şagirdlər Qubadlının azad olunmasında şücaət göstərən cəsur oğullar haqqında şeirlər söylədilər, hazırladıqları videoçarxları nümayiş etdirdilər və “Xudayar təsnifi”səsləndirdilər
Sonda şagirdlər Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmiş 5867 qulluqçulardan bir neçəsinin qəhrəmanlıq səlnaməsi ilə tanış oldular.