Zəfərin mübarək, Azərbaycan!

Məktəbdə xalqımızın erməni faşizmi üzərində qələbəsinin 1-ci il dönümü münasibəti ilə təşkil olunmuş silsilə tədbirlər, müsabiqələr davam edir.  Oktyabrın 25 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mənsurə Alışovanın  təşkilatçılığı ilə məktəbin 8b sinif şagirdləri “Zəfərin mübarək, Azərbaycan"adlı tədbir keçirmişdir. Tədbir 25 oktyabr  Qubadlının işğaldan azad olunmasının birinci ildönümünə həsr olundu. Tədbirin tərtibat planına əsasən şagirdlər bir gün əvvəl "Qənimətlər park"ını ziyarət etmişdilər.

İlk öncə şagirdlər məktəbin foyesindəki Şəhid lövhəsi qarşısında 1 dəqiqəlik sükutla şəhidlərimizi anmış və xatirə şəkilləri çəkdirmişlər.

 Şagirdlərin həvəslə hazırlaşdığı bu tədbirdə Şəhidlərimizi vəsf edən şeirlər səsləndirdilər, Gəncə hadisələrini özündə əks etdirən səhnəciklər canlandırdılar.

Sonda məktəbin tərbiyə işləri direktor müavini Sevda Rzayeva şagirdlərə təşəkkürü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi