STEAM layihəsi üzrə dərslərə start verildi
Oktyabrın 18-i məktəbin 6ç sinfində STEAM layihəsi üzrə dərslərə start verildi. Təhsildə yeni yanaşma olan STEAM layihəsi haqqında şagirdlərə məlumat verildi. Sonra şagirdlər müxtəlif ləvazimatlardan istifadə edərək körpü hazırladılar. Hazırladıqları körpülərin üstünlüklərini və çatışmazlıqlarını təhlil etdilər.