“Milli Müstəqilliyin bərpası Günü” – dəyirmi masa

Oktyabrın 18 – də məktəbin tarix müəllimi Nadirova Sevincin təşkilatçılığı ilə məktəbin 7 – ci sinif şagirdləri ilə “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan dəyirmi masada 44 günlük Vətən müharibəsinin şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra fənn müəllimi Milli Məclisin 6 oktyabr 2021 – ci il tarixli qərarına əsasən artıq bu ildən “18 Oktyabr Milli Müstəqilliyin Bərpası Günü”kimi qeyd olunacağını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda 1 il öncə Ali Baş Komandanımız və Müzəffər Ordumuz sayəsində, erməni qəsbkarları tərəfindən zəbt edilmiş torpaqlarımızın azad edilməsi xüsusilə vurğulandı.

Şagirdlər əlamətdar günlə bağlı topladıqları məlumtları, öyrəndikləri şeirləri, hazırladıqları təqdimatları, videoçarxları böyük qürur hissi ilə nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi