Hadrutun işğaldan azad olunması

Oktyabrın 8 – də 2d sinfində ilk dərs Hadrutun işğaldan azad olunmasının 1 illiyinə həsr olundu. İbtidai sinif müəllimi Məryəm Hüseynova ilk öncə 44 günlük İkinci Qarabağ müharibəsindən, daha sonra Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin hərbi əməliyyatların davam etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğunu şagirdlərin diqqətinə çatdırdı.

Sonra şagirdlər böyük qürur hissi ilə İkinci Qarabağ Müharibəsi qəhrəmanları və şəhidlərinə həsr olunmuş şeir, mahnı, səhnəciklər nümayiş etdirdilər, hazırladıqları videçarxı izlədilər.

Sonda 2020 – ci il oktyabrın 9 – da  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Hadrutun azad olunması haqqında xalqa müraciəti xüsusi coşqu ilə izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi