Cəbrayılın işğaldan azad olunması
Oktyabrın 4 – də dərslər Cəbrayılın işğaldan azad olunmasının 1 ilinə həsr olundu. Müəllimlər Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından, işğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olmasından, işğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmalarını şagirdlərin diqqətinə çatdırdılar. Eyni zamanda şagirdlər öz topladıqları məlumatlarda 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunmasını, 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsini vurğuladılar.
Sonda 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunması videoçarxı şagirdlər tərəfindən coşqu ilə izlənildi.