İclas keçirildi
Sentyabrın 28 – də məktəbin akt zalında xüsusi karantin rejimi qaydalarına riayət edilməklə 2021 – 2022 – ci tədris ilində tədris və təlim – tərbiyə prosesinin təşkili ilə bağlı V – XI sinif rəhbərləri və fənn metodbirləşmə sədrləri ilə məktəb rəhbərliyinin iclası keçirildi. İclasda ənənəvi tədrisin başlaması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olundu, müvafiq tövsiyələr verildi.
İclasda müəllimləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.