Məktəbin şagirdi VIII Respublika rus dili və ədəbiyyat olimpiadasının qalibi oldu

Məktəbin 7a sinif şagirdi MƏŞRİK XƏDİCƏ Azərbaycanda keçirilən rus dili və ədəbiyyat VIII Respublika Olimpiadasında 1 yerə layiq görülüb. Müsabiqənin mövzusu “Gənc orator” idi. Xədicə “Tretyakov qalereyası” mövzusunu seçmişdir. İyunun 6-da Slavyan Universitetində rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasına təntənəli şəraitdə yekun vuruldu.Rusiyanın ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilən bu olimpiada artıq səkkizinci dəfə keçirilir. Olimpiadada həm rus, həm də Azərbaycan bölmələrinin 6-11-ci sinif şagirdləri iştirak edirlər.Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri V.Doroxin, Bakıda akkreditə edilmiş diplomatik missiyaların, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, ictimai xadimlər və mədəniyyət xadimləri, habelə rusiyalı həmvətənlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi