Metodbirləşmə iclası
Sentyabrın 24 – də məktəbin akt zalında ciddi karantin rejimi qaydalarına riayət edilməklə məktəb rəhbərliyi ilə ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirildi.
İclasda ibtidai siniflər üzrə metodbirləşmə sədri Dilruba Cabbarova ənənəvi tədrisin bərpası ilə əlaqədar görüləcək işlər, pilot siniflərdə istifadə edilən yeni dərsliklər, keçiriləcək qiymətləndirmələr barədə çıxış edərək müəllimlərin metodik proqramlarının tam hazır vəziyyətdə olduğunu bildirdi. Məktəbin fəal ibtidai sinif müəllimlərindən olan Rəfiqə Əliyeva məktəbə yeni təyinat alan gənc müəllimlərə hazırladığı müvəqqəti jurnalları təqdim edərək müvafiq tövsiyələrini verdi.
İclasın sonunda müəllimləri maraqlandıran suallar cavablandırıldı.