Gənc müəllimlərlə görüş

Sentyabrın 15 – də məktəb rəhbərliyi ilə MİQ – dən uğurlu nəticələr əldə edərək yeni  təyinat alan gənc müəllimlərin görüşü oldu.

Görüşdə məktəb rəhbərliyi yeni təyinat alan müəllimləri təbrik edərək məktəb haqqında, məktəbin pedaqoji heyəti , şagird kontingenti , iş rejimi, məktəbdaxili nizam – intizam qaydaları barədə məlumat verdi, xoş arzularını bildirdi.

Görüşdə məktəbin qabaqcıl, səriştəli müəllimlərindən informatika müəllimi, əməkdar müəllim Naidə İsayeva, ibtidai sinif müəllimləri Rəfiqə Əliyeva, Afiqə Kərimova, Aygün Bədəlova, Azərbaycan dili və ədəbiyyat müəllimi  Xuraman Yusikənan, fiziki tərbiyə müəllimi Nailə Məmmədova,  informatika müəllimi Aynur Mürşüdova da iştirak edərək gənc müəllimlərə hər zaman kömək və dəstək göstərəcəklərini bildirdilər, metodiki tövsiyələrini verdilər.

Gənc müəllimlərlə görüş çox səmimi və işgüzar şəraitdə keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi