Lider olmaq istəyirəm

Azərbaycan Uşaqlarının V Ümumdünya respublika Forumuna hazırlıq məqsədilə iştirakçlar üçün “Lider olmaq istəyirəm” adlı yay məktəbi təşkil edilmişdir. Yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən iştirakçılar içərisində məktəbin 8a sinif şagirdi Ayla Qasımova da olmuşdur. 30 avqust tarixindən 10 sentyabradək davam edən “Lider olmaq iatəyirəm” adlı Yay  Məktəbi Forumda iştirak edəcək uşaqların yaddaşlarında maraqlı və silinməz iz buraxmışdır.

Azərbaycan Uşaqlarının V Ümumdünya respublika Forumunda iştirak edəcək bütün uşaqlara və məktəbin şagirdi Ayla Qasımovaya uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi