“Yay məktəbi” yekunlaşdı
İyulun 30 – da “Əylən – öyrən” təhsil proqramı çərçivəsində təşkil olunmuş “Yay məktəbi” yekunlaşıb. Təlimdə şagirdlər pandemiya dövründə zəif mənimsənilən dərsləri yeni formatda öryənmiş, əyləncəli proqramlarla intellektual və sosial aktivliyi formalaşdırmışlar.
“Yay məktəbi”ndə “Kommunikasiya”, “Nə? Harada? Necə?”, “Kim tez tapar” və s. oyunlar keçirildi.
“Ətraf mühiti necə qorumalıyıq?”, “Hər yerdə davranış mədəniyyəti” adlı təlimlərdə şagirdlər xüsusi fəallıq göstərmişlər.
“Yay məktəbi”nin yekun mərhələsində fərqlənən müəllim və şagirdlərə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olundu.