Həm öyrənək, həm əylənək!
Əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv şagirdlərin – gələcəyin liderlərini formalaşdırmaq olan “Yay məktəbi”ndə dərslər böyük əhval ruhiyyə ilə davam edir. Öncədən təsdiqlənmiş proqrama uyğun olaraq təşkil olunan tədbirlər, oyunlar, intellektual yarışlar şagirdlər tərəfindən həvəs və rəqabət hissi ilə yerinə yetirilir. Burada şagirdlər həm maariflənir, həm də onları maraqlandıran müxtəlif mövzular ətrafında müzakirələrdə iştirak edir, asudə vaxtlarını səmərəli keçirirlər.
Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Hərbi Qənimətlər Parkı”na ekskursiya edən “Yay məktəbi”nin iştirakçıları şəhidlərimizin xatirəsinin əbədi yadigarı olan parkda İkinci Qarabağ müharibəsi qələbəsinin hərbi – texniki sübutlarını, müharibənin gedişini əks etdirən tabloları, düşmənin boş qalmış şlemlərini, erməni bunkerlərində qalmış əşyaları çox maraqla seyr etdilər.