26 İyun Silahlı Qüvvələr Günündür

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Yay məktəbi” təlimlərində bayram tədbiri keçirildi. Tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının dövlət himni səslədirildi.

Tədbirdə məktəbimizdə təhsil almış şəhid Rəşad Ağayevin ailə üzvləri iştirak etdilər. Azərbaycanda ordu quruculuğunda ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərindən bəhs edildi. Bildirildi ki, ulu öndər Heydər Əliyevin bu istiqamətdə açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi olaraq 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi.

Tədbirin sonunda “Yay məktəbi”ndə iştirak edən şagirdlər hərbi vətənpərvərlik mövzusunda şeirlər söylədi və musiqilər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi