Yay məktəbi – öyrənək, inkişaf edək, kəşf edək!

Koronavirus (COVD – 19) pandemiyası və 2020 – ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verliməsi məqsədilə təşkil olunan “Yay məktəb”lərində dərslər davam etdirilir.

 I, VI sinif şagirdləri digər fənlərə inteqrasiya ilə təşkil olunan dərslərdə “Öyrənək, inkişaf edək, kəşf edək!” devizi altında çox böyük həvəslə iştirak edirlər. Şagirdlər Azərbaycan dili və Riyaziyyat  fənlərindən keçirilmiş mövzuları təkrar etdilər, zəif bildikləri materialları sual – cavab əsasında mənimsədilər. Məntiqi oyunlar təşkil olundu və cəmiyyətdə mədəni davranış qaydalarına aid mətnlər şagirdlərin diqqətinə çatdırıldı.

Şagirdlər oyunlar əsasında təşkil olunan dərsləri dincələrək, əylənərək mənimsədiklərindən məmnunluq hissi keçirdiklərini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi