Yay məktəbi - Öyrənmək hər fəsildə gözəldir

Koronavirus (COVD – 19) pandemiyası və 2020 – ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verliməsi məqsədilə iyunun 18 – də "Yay məktəbi"nə start verildi.

Könüllü, ödənişsiz əsaslarla təşkil olunan "Yay məktəbi"ndə I – X siniflər üzrə 175 nəfər şagird müvafiq siniflərdə qruplaşdırıldı.

"Yay məktəbi" məşğələləri üçün nümunə tədris planına müvafiq olaraq tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə təşkil olunan dərslər şagirdlər tərəfindən maraqla qarşılandı. Bununla yanaşı şagirdlər açıq havada təşkil olunan yarışlarda, yaradıcılıq işlərində, oyunlarda böyük həvəslə, rəqabətlə iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi